...

"Neftçi" Lənkərandan qələbə ilə gəlir

İdman Materials 22 Noyabr 2015 20:02 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasının 13-cü turunda "Xəzər Lənkəran" doğma meydanda "Neftçi"ni qəbul edib.
"Neftçi" Lənkərandan qələbə ilə gəlir

Bakı. Trend:

Bu gün Azərbaycan Premyer Liqasının 13-cü turunda "Xəzər Lənkəran" doğma meydanda "Neftçi"ni qəbul edib.

Trend-in məlumatına görə, oyunun birinci hissəsində azarkeşlər qol görməyiblər. Hesabı 60-cı dəqiqədə qonaqlar açıb - Elşən Abdullayev fərqlənib.

75-ci dəqiqədə Fəhmin Muradbəyli hesab fərqini artırıb - 0:2. Oyun elə bu hesabla da başa çatıb.

Beləliklə, 13 oyundan sonra "Neftçi" 16 xalla 6-cı, "Xəzər Lənkəran" isə 12 xalla 8-ci pillədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti