...

Qazla təmin olunan abonentlərin sayı 2 014 551-ə çatıb

İqtisadiyyat Materials 9 Fevral 2017 12:06 (UTC +04:00)
Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 014 551-ə çatıb.
Qazla təmin olunan abonentlərin sayı 2 014 551-ə çatıb

Bakı. Trend:

Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 014 551-ə çatıb.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 2017-ci ilin yanvar ayı ərzində SOCAR-ın “Azəriqaz” İB-də əhali sektoru üzrə 9 593 yeni abonent qeydiyyata alınıb ki, bunun da 5 732-i Bakı, Abşeron və Sumqayıt, 3 861-i isə regionlar üzrədir.

Bununlada ölkə üzrə təbii qazla təmin olunana abonentlərin sayı 2 014 551-ə çatıb.

Onu da qeyd edək ki, fevralın 1-ə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 409 məscid və dini məbədə təbii qazdan istifadəsi üçün limit ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti