...

Daha 2 şirkət Bakı Şopinq Festvalına qoşuldu

İqtisadiyyat Materials 19 Aprel 2017 12:03 (UTC +04:00)
Paytaxtımızın məşhur əyləncə və ticarət mərkəzlərində yerləşən “Chicco” mağazaları da Bakı Şopinq Festivalına qoşulub.
Daha 2 şirkət Bakı Şopinq Festvalına qoşuldu

Bakı. Trend:

Paytaxtımızın məşhur əyləncə və ticarət mərkəzlərində yerləşən “Chicco” mağazaları da Bakı Şopinq Festivalına qoşulub. Festival günlərində, bu mağazalarda alış-veriş indiyədək görünməmiş dərəcədə əlverişli oldu.

Bakı Şopinq Festivalı günlərində Metropark, Port Baku, 28 Mall və Gənclik Mall-da yerləşən “Chicco” mağazalarına seçilmiş mallara endirimlər tətbiq edilib. Bundan başqa, geyim və ayaqqabı alarkən 10 faiz endirim qazanacaqsınız. Hələ bu da son deyil. Dükanın güzəşt kartı sahiblərini əlavə olaraq, 10 faiz endirim sürprizləri gözləyir.

Bu fürsət mayın əvvəlinədək davam edəcək. Keyfiyyətli məhsulları ilə seçilən “Chicco” mağazasında mayın 10-dək xarici turistlərə və Azərbaycan vətəndaşlarına çox sərfəli şərtlərlə öz mallarını təklif edir. Üstəlik, alıcılar, “Baku Shopping Festival – Tax Free” stikerini gördükləri mağazalarda Festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

“Namu” Koreya kosmetikaları mağazasında da festival endirimləri başlanıb. Artıq “Namu” Koreya kosmetikaları da Bakı Şopinq Festivalına qoşulan markalar arasındadır. Bununla da, Bakının Rəsulzadə küçəsi, 5 ünvanında yerləşən “Namu” Koreya kosmetikaları mağazasında məhsullar yalnız mayın 10-dək Bakı sakinlərinə və turistlərə güzəştlə satılacaq. Mağaza hər gün saat 10:00-dan 20:00-dək sərfəli qiymətlərlə festival iştirakçılarına xidmət göstərir.

Yüksək texnologiyalar əsasında təbii maddələrdən hazırlanan bu məhsullar dəriyə qulluq üçün idealdır. Əsas aktiv elementlərini itirmədən hazırlanmış “Namu” məhsulları dünyada ən qiymətli kosmetik vasitələr sayılır. Sevindirici haldır ki, ilk dəfə məhz Bakı Şopinq Festivalının alıcıları üçün bu dəyərli məhsullardan seçilmişləri real qiymətindən aşağı qiymətə təklif olunur. Təbii maddələr əsasında hazırlanan keyfiyyətli kosmetika məhsullarını “Namu”dan almaqla büdcənizə qənaət edin və əsl keyfiyyətin şahidi olun.

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/ linkində tanış olmaq olar. Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib, üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə, Baku Şopinq Festivalı boyunca iştirakçı mağazalarda alış-veriş etməyə tələsin.

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Aşağıdakı telefon nömrəsi və elektron poçt vasitəsilə, BŞF haqqında ətraflı informasiya almaq və təşkilatçılarla əlaqə saxlamaq olar: telefon: 0124982063, e-mail: [email protected], web: www.bakushopfest.com.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti