...

PSG–Kapital-ın BFB-də üzvlüyü bərpa olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2016 17:46 (UTC +04:00)
Bakı Fond Birjasının (BFB) Üzvlük Komissiyasının qərarlı ilə 29 avqust 2016-cı il tarixindən etibarən “PSG–Kapital İnvestisiya Şirkəti” QSC-nin BFB-də üzvlüyü bərpa olunub.
PSG–Kapital-ın BFB-də üzvlüyü bərpa olunub (FOTO)

Bakı. Azad Həsənli - Trend:

Bakı Fond Birjasının (BFB) Üzvlük Komissiyasının qərarı ilə avqustun 29-dan etibarən “PSG–Kapital İnvestisiya Şirkəti” QSC-nin BFB-də üzvlüyü bərpa olunub.

Trend-in BFB-yə istinadən verdiyi məlumata görə, şirkət fəaliyyətini “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa və BFB-nin “Üzvlük Qaydaları”na uyğunlaşdırdığı üçün bu qərar alınıb.

Üzvlüyün bərpası ilə əlaqədar olaraq, BFB tərəfindən şirkət rəhbərinə yenilənmiş üzvlük şəhadətnaməsi təqdim edilib.

“PSG–Kapital İ.Ş.” QSC Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 01 avqust 2016-cı il tarixində verilmiş investisiya şirkəti fəaliyyəti üçün lisenziyaya malikdir.

Hazırda BFB-nin “PSG–Kapital İ.Ş.” QSC də daxil olmaqla 6 aktiv üzvü var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti