...

İRAN AZƏRBAYCANA "SƏMƏND" MARKALI MİNİK AVTOMOBİLLƏRİ İXRAC EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2005 11:39 (UTC +04:00)

İranın İxracın İnkişaf Bankının (İİİB) icraçı direktoru Nouruz Koxzadi və "Elit" Azərbaycan ticarət-sənaye qrupunun rəhbəri Əli Əvsan bazar ertəsi Tehranda "İran-Xodrou" istehsalı olan "Səmənd" markalı 800 minik avtomobilinin Azərbaycana ixrac olunmasının maliyyələşdirilməsinin təmin edilməsinə dair saziş imzalayıblar.

İRNA-nın məlumatına görə, bu sazişin imzalanması ilə yanaşı, Əli Əvsan və "İran-Xodrou"nun rəhbər müavini Moctab Şivapur arasında İran avtomobillərinin tədarükünün texniki cəhətdən təmin olunmasına dair saziş də imzalanıb.

İmzalanmış sazişlərə uyğun olaraq kreditin ümumi məbləğinin 85%-i İİİB ödəyəcək. Avotomobillərin ixracı zamanı gömrük xərclərinin azaldılması məqsədilə İran Azərbaycana Bakıdakı taksi parklarının xidmət göstərəcəyi 800 avtomobilin yığılması üçün maşın hissələri tədarük edəcək.

"İran-Xodrou" avtomobil sənaye qrupu həmçinin yaxın iki ay ərzində Azərbaycanda "Səmənd" avtomobillərinin yığılması üzrə ildə 5 min avtomobil istehsal gücünə malik xətt yaratmaq niyyətindədir. İstehsal olunan avtomobillər isə həm Azərbaycanın avtomobil bazarında satıla bilər, həm də qonşu ölkələrə ixrac edilə bilər.

Xəbər lenti

Xəbər lenti