Naxçıvan hava imanınıniş rejimi tamamilə bərpa olunub. Bu barədə Trend ə AZAL DK-dən məlumat verilib.
Güclü dumanla əlaqədar Naxçıvan MR-dən Bakıya və əks istiqamətə dayandırılmış aviareyslər bərpa olunub. Kassalarda gündəlik uçuş bilentləri satılır.
Heydər Əliyev adına Bakı beynəlxalq hava limanının məlumatına əsasən, hazırda NMR-ə və Bakıya 4 müntəzəm reys həyata keçirilir. "Tələbatdan asılı olaraq reyslərin sayı arta bilər", - deyə DK-dən bildirilib.
2006-cı ilin yanvarından AZAL DK NMR-in müntəzəm aviareyslərinin sayını artırmaq niyyətindədir. Həmin ildən başlayaraq Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayı 6-ya çatdırılacaq. "Biz tələbatdan asılı olaraq təxminən 5 əlavə reys həyata keçirirk. Əgər tələbat olarsa, 2006-cı ilin yanvarından bu marşrut üzrə 10 uçuş həyata keçirə bilərik", - deyə DK nümayəndəsi qeyd edib.
Uçuşlar 149 nəfərlik TU-154 və 72 nəfərlik TU- 134 təyyarələri ilə həyata keçiriləcək.