...

Azərbaycanın Lənkəran və Zaqatala aeroportları sentyabrın sonunadək istifadəyə veriləcək – AZAL QSC-nin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2008 14:08 (UTC +04:00)
Azərbaycanın Lənkəran və Zaqatala aeroportları sentyabrın sonunadək istifadəyə veriləcək –  AZAL QSC-nin rəhbəri

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir E.İsmayılov/ Azərbaycanın Lənkəran və Zaqatala rayonlarında yenidən qurulan aeroportların sentyabrın 15-20-də istifadəyə verilməsi planlaşdırılır. Bu barədə çərşənbə axşamı AZAL QSC-nin (Azərbaycanın Mülki Aviasiya İdarəsi ) baş direktoru Cahangir Əsgərov bildirib. Lənkəran aeroportu Azərbaycanın cənub, Zaqatala isə şimal-qərb regionunda yerləşir.

Lənkəran və Zaqatala aeroportlarının yenidən qurulması üzrə işlərin dəyəri müvafiq olaraq 51,1 mln. dollar və 27,5 mln. dollar təşkil edir. Yenidənqurma işləri başa çatdıqdan sonra AZAL Bakıdan bu iki istiqamətdə uçuşların həyata keçirilməsinə başlayacaq.

Uçuşlar Fransanın ATR şirkətindən əldə olunan təyyarlər vasitəsilə həyata keçiriləcək. Hazırda Azərbaycanda bu şirkətə məxsus beş avialayner var. Təyyarələr həm respublikadaxili (Bakı-Naxçıvan və Bakı-Gəncə), həm də beynəlxalq (Bakı-Tbilisi, Bakı-Tehran, Bakı-Minvod, Bakı-Aktau, Bakı-Rostov və s.) reyslər həyata keçirir.

Aeroportların yenidənqurma işləri həm dövlət büdcəsi, həm də Dövlət Konserninin vəsaiti (yeni avadanlıqların alınması və quraşdırılması) hesabına reallaşdırılır. Lənkəran və Zaqatala aeroportlarının yenidənqurma işlərinə bu il dövlət büdcəsindən müvafiq olaraq 17,8 mln. və 10,4 mln. dollar ayrılıb. Gələcəkdə Lənkəran aeroportundan beynəlxalq reyslərin həyata keçirilməsi mümkün olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti