...

Kanada dövlət agentliyi Azərbaycanda "Khazar Islands" yaşayış kompleksinin tikintisini maliyyələşdirir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2013 16:43 (UTC +04:00)
Kanada dövlət agentliyi "Export Development Canada" (EDC) Azərbaycanda "Avesta" konserninin həyata keçirdiyi "Khazar Islands" yaşayış kompleksinin tikinti layihəsinin reallaşdırmaq üçün dörd milyard dollaradək məbləğdə kredit verəcək.
Kanada dövlət agentliyi Azərbaycanda "Khazar Islands" yaşayış kompleksinin tikintisini maliyyələşdirir (FOTO)

Azərbaycan, Bakı, 2 mart / Trend, müxbir E.İsmayılov /

Kanada dövlət agentliyi "Export Development Canada" (EDC) Azərbaycanda "Avesta" konserninin həyata keçirdiyi "Khazar Islands" yaşayış kompleksinin tikinti layihəsinin reallaşdırmaq üçün dörd milyard dollaradək məbləğdə kredit verəcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü Bakıda jurnalistlərə Kanadanın "PROJ-G.E.T Consultant Inc" şirkətinin maliyyə müşaviri Sergey Qamayev məlumat verib.

Bununla əlaqədar şənbə günü "Avesta" konserni ilə "PROJ-G.E.T Consultant Inc." arasında Anlaşma Memorandumunun imzalanacağı da gözlənilir.

"PROJ-G.E.T Consultant Inc" vasitəsilə "EDC" kredit xəttinin açılacağı maliyyə vasitəçisi kimi çıxış edəcək, eləcə də layihə çərçivəsində mühəndis işləri aparacaq, habelə layihənin kommunal infrastrukturunun yaradılmasını təmin edəcək.

Konsaltinq şirkətinin vitse-prezidentinin jurnalistlərə verdiyi məlumata görə, "Khazar Islands" layihəsi böyük təəssürat doğurur və şirkətin nümayəndələri yerində layihə çərçivəsində real olaraq görülən işlərin şahidi olublar.

"Avesta" konserninin rəhbəri hacı İbrahim İbrahimovun sözlərinə ğörə, investorlar bu layihəyə böyük maraq göstərir. Bunu aprelin sonlarında burada 10-a yaxın səsrmayədarın işə başlayacağı təsdiqləyir.

Onun sözlərinə görə, layihə üç mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 2017-ci ildə başa çatmalıdır. Bu mərhələdə 10 milyard dollara yaxın həcmdə vəsait mənimsəniləcək. İkinci mərhələ 2015-ci ild başlayacaq və 2020-22-ci illərdə başa çatacaq, üçüncü 2017-ci ildə başlayacaq və 2025-26-cı illərədək davam edəcək.

O qeyd edib ki, kompleks bir milyon insanın yaşaması üçün nəzərdə tutulub ki, bunun 800 mini daimi sakinlərin, 200 mini isə turistlərin payına düşür.

"Azərbaycanda belə kompleksin yaradılması ölkədə turizm sektorunun inkişafına böyük töhfə verəcək və müvafiq olaraq dövlət büdcəsinə böyük miqdarda vəsaitin daxil olmasına səbəb olacaq", - İbrahimov deyib.

Onun sözlərinə görə, kompleksin yaşayış hissəsinin 50 faizi yerli əhalinin, yerdə qalanı isə əcnəbi vətəndaşların payına düşür.

"Khazar Islands" ərazisində hündürlüyü 1050 metr olan planetin ən yüksək binası yerləşəcək.

Yeni yaşayış kompleksinin dəyəri təxminən 100 milyard dollar dəyərində qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti