...

"Amrahbank" pul köçürmələri üzrə aksiyaya başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2014 16:29 (UTC +04:00)
21 iyul tarixdən başlayaraq "Amrahbank" "Zolotaya Korona" pulköçürmə sistemi vasitəsilə birgə aksiya keçirir.
"Amrahbank" pul köçürmələri üzrə aksiyaya başlayıb

Azərbaycan, Bakı, 25 iyul /Trend/

21 iyul tarixdən başlayaraq "Amrahbank" "Zolotaya Korona" pulköçürmə sistemi vasitəsilə birgə aksiya keçirir.

Bankdan Trend-ə verilən məlumata görə, "Köçürmə göndər - Suvenir qazan" adlı aksiyanın şərtlərinə görə "Zolotaya Korona" pulköçürmə sistemi vasitəsilə pul göndərən müştərilərin hər biri hədiyyə olaraq müxtəlif suvenirlər qazanacaqlar.

Aksiya hədiyə fondu bitənə qədər davam edəcək.

1993-cü ildə təsis edilmiş "Amrahbank" Azərbaycanın ilk və aparıcı banklarından biridir. "Amrahbank" həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır.

Hazırda bankın 21 filialı və 1 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti