...

Sentyabrın 16-da Azərbaycan neftinin qiymətləri artıb

Energetika Materials 17 Sentyabr 2014 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir Emil İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 16-da 99,28 dollar/barel təşkil edib.

1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə günü Trend-ə verilən məlumata görə, çərşənbə axşamı neftin qiyməti bazar ertəsinə nisbətən 1,24 dollar/barel çoxdur.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB basizi üzrə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 16-da 98,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,25 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 16-da 95,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,19 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti sentyabrın 16-də 97,5 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,14 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti