...

Türk diasporları Dağlıq Qarabağ probleminin həlli üçün iş aparırlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Mart 2012 15:39 (UTC +04:00)
Türkdilli ölkələrin diasporlarının hamısı Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün birgə çalışırlar.
Türk diasporları Dağlıq Qarabağ probleminin həlli üçün iş aparırlar

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir A.Tağıyeva/

Türkdilli ölkələrin diasporlarının hamısı Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün birgə çalışırlar. Bu barədə çərşənbə axşamı Trend-ə Türkiyə Nazirlər Kabineti yanında Xaricdə Yaşayan Türklərlə İş üzrə Departamentin rəisi Kamal Yurtnaç deyib.

"Dağlıq Qarabağ münaqişəsi həm də Türkiyənin və bütün türk dünyasının problemidir. Bu problemin həlli üçün bütün türkdilli ölkələrin diasporlarının çalışması lazımdır", - Yurtnaç bildirib.

Türkiyə-Ermənistan sərhədlərinin açılmasına gəldikdə, Yurtnaç qeyd edib ki, Azərbaycan torpaqları erməni işğalından azad olunmayınca Türkiyə sərhədləri açmayacaq.

O, həmçinin bildirib ki, Türkiyə və Azərbaycan diasporları bütün dünyada, o cümlədən ABŞ-da öz fəaliyyətlərini gücləndiriblər.

"Xüsusilə, son vaxtlar diasporların işində fəallıq müşahidə olunur. Bu, ədalətin bərpasında Azərbaycan üçün çox mühüm amildir", - Yurtnaç deyib.

Xəbər lenti

Xəbər lenti