Xuraman Qasımova "Şərəf" ordeni ilə təltif edilib

Foto: Xuraman Qasımova "Şərəf" ordeni ilə təltif edilib / Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Xuraman Qasımovanı "Şərəf" ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb, məlumatı Prezidentin rəsmi saytı yayıb.

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram. Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Xuraman Əkrəm qızı Qasımova "Şərəf" ordeni ilə təltif edilsin" Sərəncamda qeyd edilib.