...

Azərbaycanın ali məktəbləri üçün yeni limit gözlənilir

Cəmiyyət Materials 8 Noyabr 2012 13:09 (UTC +04:00)
Azərbaycanda ali məktəblər üçün ödənişli əsaslarla kadr hazırlığında limit tətbiq edilə bilər. Bunu Trend-ə Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev deyib.
Azərbaycanın ali məktəbləri üçün yeni limit gözlənilir

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda ali məktəblər üçün ödənişli əsaslarla kadr hazırlığında limit tətbiq edilə bilər. Bunu Trend-ə Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev deyib.

Onun sözlərinə görə, hazırda ali məktəblər üçün qəbul planı ümumi şəkildə hazırlanır.

Əliyev bildirib ki, bu gün bəzi universitetlərdə tələbələrin çox hissəsi dövlət sifarişli, az hissəsi isə ödənişli plan yerləri üzrə təhsil alırlar. Bəzi məktəblərdə isə bu vəziyyət əksinədir.

Buna Mingəçevir və Gəncədəki ali məktəbləri misal göstərən şöbə müdirinin sözlərinə görə, həmin yerlərdə abituriyentlərin az hissəsi dövlət sifarişli, çox hissəsi ödənişli plan yerləri üzrə ali məktəbə qəbul olunurlar.

"Ola bilər ki, bu məsələ ilə bağlı qərar qəbul olunsun. İmkan verilməyəcək ki, dövlət ali təhsil müəssisəsində oxuyanların 90 faizi ödənişli əsaslarla təhsil alsın", - Əliyev deyib.

Onun fikrincə, ali məktəblər üçün ödənişli əsaslarla kadr hazırlığında limitin müəyyənləşməsi təhsildə keyfiyyətin yüksəlməsinə xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti