Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
I Avropa Oyunları zamanı insanların sağlamlıq vəziyyəti ilə bağlı kütləvi problem olsa, onlar əvvəlcədən müəyyənləşdirilmiş tibb müəssisələrində hospitalizasiya ediləcəklər.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu I Avropa Oyunları ilə əlaqədar keçirilən kollegiya iclasında səhiyyə naziri Oqtay Şirəliyev deyib.
Nazir bildirib ki, xəstənin vəziyyəti ağır olduqda təcili yardım xidməti onu ən yaxın səhiyyə müəssisəsinə çatdıracaq: "Xəstənin vəziyyəti ağır olduqda təcili yardım xidməti onu ən yaxın səhiyyə müəssisəsinə çatdıracaq. Ona görə də bütün xəstəxana, klinika, mərkəz rəhbərləri işlərinə məsuliyyətlə yanaşmalıdırlar".
O.Şirəliyev I Avropa Oyunları zamanı ölkəmizə idmançılarla yanaşı çoxsaylı izləyicilərin, media mənsublarının və digər qonaqların gəlməsilə əlaqədar olaraq, tibb müəsisələrinin hər birinin gərgin iş rejimində fəaliyyətə hazır olmalarına xüsusi göstəriş verib.