...

Olimpiya qızıl medalçısı Bakı-2015 Avropa Oyunlarında adını tarixə yazmağı planlaşdırır

Baku 2015 : EUROGAMES Materials 27 May 2015 17:44 (UTC +04:00)
İrlandiyanın Olimpiya çempion boksçusu Katie Taylor Bakı Avropa Oyunlarının vebsəhifəsi üçün hazırlanmış video çarxda Bakı 2015 Oyunlarında adını tarixə yazmaq planını açıqlayıb.
Olimpiya qızıl medalçısı Bakı-2015 Avropa Oyunlarında adını tarixə yazmağı planlaşdırır

Azərbaycan, Bakı, 27 may /Trend/

İrlandiyanın Olimpiya çempion boksçusu Katie Taylor Bakı Avropa Oyunlarının vebsəhifəsi üçün hazırlanmış video çarxda Bakı 2015 Oyunlarında adını tarixə yazmaq planını açıqlayıb.

Trend-in məlumatına görə, xanım Taylor qadınların boks tarixindəən çox medalı olan idmançıdır və London 2012 Avropa Oyunlarında qızıl medala sahib olduqdan sonra qabaqcıl Olimpiya çempionudur. 28 yaşlı idmançı beş ardıcıl Dünya Çempionatını, altı ardıcıl Avropa Çempionatını və beş Avropa Birliyi Çempionatının qalibi olub və adını tarixə yazmaq üçün Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarını digər bir imkan hesab edir.

Xanım Taylor deyib ki, bu ilk Avropa Oyunları olmaqla çox tarixi bir yarış olacaq və siz, həqiqətən də, bundan daha böyük nailiyyət əldə edə bilməzsiniz:

"Mən, doğrudan da, belə mötəbər yarışda öz ölkəmi təmsil etmək, yarışmaq və boks üçün gözləyə bilmərəm. Bu, tam bir fürsətdir və mənim adımı tarixə yazmaq üçün digər imkanım var."

Xanım Taylor qeyd edib ki, Bakıda mübarizə aparmaq unudulmaz olacaq: "İdman haqda çox biliyə sahib olan və eləcə də, belə güclü boks komandasına malik olan ölkəyə getmək hər zaman möhtəşəmdir. Bilirəm ki, Kristal Zalda ab-hava heyranedici olacaq."

Bundan başqa, Olimpiya çempionu ona da aydınlıq gətirib ki, onun Bakı 2015 Oyunlarında yalnız bir məqsədi var: "Bizim hamımız qızıl medala sahib olmaq üçün ordayıq, lakin yalnız bir nəfər qızıl medalla ilk pilləyə yüksələcək və mən həmin şəxs olmağı planlaşdırıram. Mən hər zaman ən yaxşı qadın boksçu olmaq istəyirəm."

Tam videoya bu keçiddə baxa bilərsinizhttp://www.baku2015.com/video/index.html.

Bakı 2015 Boks yarışı 12 gün ərzində planlaşdırılır və 16 iyun tarixində Kristal Zalda başlayacaq. 15 medal üzrə qarşılaşmadan təşkil olunmuş yarış Avropadan olan 330 kişi və qadın idmançını əhatə edəcək.

Biletlər Bakı şəhərində 12 rahat məkanda yerləşən bilet satış mərkəzlərindən (o cümlədən, Park Bulvar, 28 Mall və Metro Park Baku) birbaşa və ya www.baku2015.com/tickets veb səhifədən onlayn şəkildəəldə edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti