...

Avropa Oyunları ilə əlaqədar şokoladdan hazırlanmış 3D rəsmin təqdimatı keçiriləcək

Baku 2015 : EUROGAMES Materials 1 İyun 2015 17:50 (UTC +04:00)
I Avropa Oyunlarına həsr olunmuş şokoladdan hazırlanmış 3D rəsmin təqdimat mərasimi keçiriləcək.
Avropa Oyunları ilə əlaqədar şokoladdan hazırlanmış 3D rəsmin təqdimatı keçiriləcək

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

I Avropa Oyunlarına həsr olunmuş şokoladdan hazırlanmış 3D rəsmin təqdimat mərasimi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, dünyanın 40-dan çox ölkəsində əsərləri nümayiş olunmuş "Nikolya" Şokolad Muzeyinin müəllif sərgisini Bakı şəhərində ilk həftədən 10 mindən çox insan izləyib.

Xüsusi olaraq Bakıda I Avropa Oyunlarına həsr olunmuş ümumi çəkisi 200 kq, eni 3 metrdən çox olan dünyada analoqu olmayan şokoladdan hazırlanmış 3D rəsminin təqdimat mərasimi iyunun 5-də Muzey Mərkəzində keçiriləcək.

Rəsmdə nəyin əks olunduğu isə təqdimatın açılış gününədək müəllif tərəfindən sirr kimi saxlanılır.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, "Nikolya" Şokolad Muzeyi və Muzey Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti