...

Azərbaycanda Rusiyanın Azarkeş Evi azarkeşlər arasında münasibətləri möhkəmləndirməyə imkan yaradacaq

Baku 2015 : EUROGAMES Materials 12 İyun 2015 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycanda Rusiyanın Azarkeşlər Evi azərbaycanlı və rusiyalı azarkeşlər arasında münasibətləri yoluna qoymağa, iki ölkə arasında əlaqələri möhkəmləndirməyə imkan yaradacaq.

Trend-in məlumatına əsasən, bunu Rusiya Federasiyasının MDB işləri üzrə, xaricdə yaşayan həmvətənlilər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri Lyubov Qlebova jurnalistlərə deyib.

O bildirib ki, Azarkeş Evində Rusiya komandası ilə yanaşı Azərbaycan komandası da təmsil olunacaq: "Bu birlik ölkələrimizin və insanlarımızın arasında əlaqələrin sübutudur. Məhz bu səbəbdən Azərbaycanda Rusiya Azarkeş Evini açmışıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti