...

Deputat: “Görünən budur ki, “Euronews”da antiazərbaycan qüvvələrinin təsiri var”

Baku 2015 : EUROGAMES Materials 13 İyun 2015 14:55 (UTC +04:00)
Avropanın tanınmış televiziya kanalı olan “Euronews”un Azərbaycana qarşı belə bir mövqe nümayiş etdirməsi, I Avropa Oyunlarının açılışı barədə məlumat yayımlamaması təəssüf doğurur.
Deputat: “Görünən budur ki, “Euronews”da antiazərbaycan qüvvələrinin təsiri var”

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Avropanın tanınmış televiziya kanalı olan "Euronews"un Azərbaycana qarşı belə bir mövqe nümayiş etdirməsi, I Avropa Oyunlarının açılışı barədə məlumat yayımlamaması təəssüf doğurur.

Bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Bu kanalın dünyanın bir çox ölkələrində yayımlandığını və kifayət qədər reytinqinin olduğunu xatırladan F.Ağamalı bildirib ki, Azərbaycanın "Euronews" kanalı ilə ayrı-ayrı sahələrdə əməkdaşlığı mövcuddur. Lakin son dərəcə möhtəşəm xarakter daşıyan, Avropa Olimpiya Hərəkatına böyük töhfələr verən, özünün möhtəşəmliyinə, kompozisiya zənginliyinə, fərqli, orijinal təqdimatına görə xüsusi fərqlənən I Avropa Oyunlarının açılış mərasimindən bu kanalın məlumat verməməsi çox təəccüblü sayıla bilər.

Deputat hesab edir ki, bu, "Euronews" kanalına antiazərbaycan qüvvələrinin təsirinin nəticəsi ola bilər: "Avropa məkanındakı ən elementar məsələləri belə gündəmə gətirən telekanalın bu möhtəşəm tədbir barədə geniş şəkildə deyil, hətta epizodik belə məlumat verməməsi təəssüf doğurur. Görünən budur ki, bu telekanala da antiazərbaycan qüvvələrinin təsiri var. Bunun başqa cür izahı yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti