...

Xetaq Qazyumov: Üzərimdə tamaşaçıların dəstəyinin təzyiqini hiss edirdim

Baku 2015 : EUROGAMES Materials 17 İyun 2015 23:05 (UTC +04:00)
Mən Avropa Oyunlarının qalibi olmağıma, özü də buna Bakıda öz azarkeşlərimiz qarşısında nail olmağıma çox sevinirəm.
Xetaq Qazyumov: Üzərimdə tamaşaçıların dəstəyinin təzyiqini hiss edirdim

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İlkin İzzət/

Mən Avropa Oyunlarının qalibi olmağıma, özü də buna Bakıda öz azarkeşlərimiz qarşısında nail olmağıma çox sevinirəm.

Trend xəbər ki, bunu bu gün Avropa Oyunlarının sərbəst güləş yarışlarında 97 kq çəkidə Azərbaycana qızıl medal qazandıran Azərbaycan yığma komandasının veteranı Xetaq Qazyumov deyib.

X. Qazyumov məxsusi qeyd edib ki, Prezident İlham Əliyevin onun final qarşılaşmasını izləməsinə çox sevinib.

Keçirdiyi görüşlərdən isə güləşçimiz yarımfinalda Rusiya təmsilçisi Abdusalam Qadisov üzərində qələbəsini xüsusi qeyd edib: "Demək istəmirəm ki, bu ötənilki məğlubiyyətə görə bir revanş idi, Sadəcə bu, bizim mənim qələbə qazandığım növbəti döyüşümüz idi. Mənim bəxtim hətta bir az gətirdi. Bizim gələcəkdə də hələ görüşlərimiz olacaq. Etiraf edim ki, əvvəlcə üzərimdə tamaşaçıların dəstəyinin təzyiqini hiss edirdim. Sonra özümə gəldim və doğma divarlar arasında döşək üzərində qələbə çalmaq xoş idi".

Finalda qələbə qazandıqdan sonra məşqçi Firdovsli Umudovun onu çiyinlərinə alıb qaldırmasına gəlincə, Xetaq gülərək bildirib ki, bu bir ev tapşırığı idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti