...

Avstriyalı idmançı: “Azərbaycan I Avropa Oyunlarını yaxşı təşkil edib”

Baku 2015 : EUROGAMES Materials 23 İyun 2015 11:56 (UTC +04:00)
“Yaxşı ki, Azərbaycan “Bakı 2015” ilk Avropa Oyunları kimi idman tədbiri təşkil edib”.
Avstriyalı idmançı: “Azərbaycan I Avropa Oyunlarını yaxşı təşkil edib”

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

"Yaxşı ki, Azərbaycan "Bakı 2015" ilk Avropa Oyunları kimi idman tədbiri təşkil edib". Bu barədə Trend-ə Avstriyanı I Avropa Oyunlarında yüngül atletika idman növündə təmsil edən Yuliya Siart deyib.

İdmançı siyasətçilərin və hüquq müdafiə təşkilatlarının Avropa Oyunlarını tənqid etmələri ilə bağlı məsələyə münasibət bildirməkdən imtina edib: "Bu sahədə ekspert deyiləm. Bununla yanaşı, hesab edirəm ki, insanların bir yerə toplaşması, belə bir tədbir təşkil etməsi və idmançıların bir-biri ilə mübarizə aparması çox yaxşı haldır".

Y.Siart bildirib ki, Bakıda I Avropa Oyunları yaxşı təşkil olunub: "Hər şey - məşqlər, yarışlar cədvəl üzrə gedir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti