...

İrland boksçu: Avropa Oyunları çox yüksək səviyyədə təşkil edilib

Baku 2015 : EUROGAMES Materials 26 İyun 2015 14:02 (UTC +04:00)
"Birinci Avropa Oyunları mənim üçün böyük əhəmiyyət kəsb edir və bu tarixi hadisənin iştirakçısı olduğum üçün çox sevinirəm".
İrland boksçu: Avropa Oyunları çox yüksək səviyyədə təşkil edilib

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Birinci Avropa Oyunları mənim üçün böyük əhəmiyyət kəsb edir və bu tarixi hadisənin iştirakçısı olduğum üçün çox sevinirəm". Bunu Trend-ə irlandıyalı boksçu Keti Taylor deyib.

O bildirib ki, bu yarışlarda iştirak etmək onun üçün böyük fəxrdir.

İrlandiyalı boksçu Avropa Oyunlarının təşkilatçılıq səviyyəsinin yüksək olduğunu vurğulayıb: "Avropa Oyunları çox yüksək səviyyədə təşkil edilib. Azərbaycanda idmançlar üçün hər cür şərait yaradılıb".

K.Teylor, həmçinin Bakını çox bəyəndiyini diqqətə çatdırıb: "Bakını çox bəyəndim, gözəl şəhərdir, insanlar burada çox mehriban və qonaqpərvərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti