...

Azərbaycan müğənnisi Milli Konservatoriyanın baş müəllimi oldu

Mədəniyyət Materials 15 Dekabr 2010 15:26 (UTC +04:00)
Azərbaycanın tanınmış estrada müğənnisi Lalə Məmmədova Elmi Şuranın qərarı ilə Milli Konservatoriyanın ictimai elmlər kafedrasının baş müəllimi oldu.
Azərbaycan müğənnisi Milli Konservatoriyanın baş müəllimi oldu

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir V.İmanov/

Azərbaycanın tanınmış estrada müğənnisi Lalə Məmmədova Elmi Şuranın qərarı ilə Milli Konservatoriyanın ictimai elmlər kafedrasının baş müəllimi oldu.

"Mən artıq səkkiz ildir dərs deyirəm və mənim üçün müəllim olmaq böyük şərəfdir. Müəllimlik peşəsi çətin, eyni zamanda böyük, gərgin işdir. Gərək bu peşənin vurğunu olasan, tələbələri sevmək, onlara isti münasibət göstərmək vacibdir. Maraqlıdır ki, yaşca məndən böyük olanlara da dərs deməli oluram və hamı mənim dərslərimə hörmətlə yanaşır", - Trend-ə Lalə Məmmədova bildirib.

Onun sözlərinə görə, müəllim nə qədər peşəkar hazırlıqlı olsa da, onun sadəcə öz şəxsi keyfiyyətlərini kamilləşdirməsi, peşəkarlıq səviyyəsini artırması vacibdir.

"Ali məktəb sadəcə iş yeri ola bilməz. Burada şəxsiyyət formalaşır. Və nəinki tələbə, eləcə də müəllimin şəxsiyyəti. Hər gün üzərinə dikilmiş onlarla, yüzlərlə göz sənin fəaliyyətini müşahidə edir, qiymətləndirir. Müəllim hər şeydən əvvəl şəxsiyyət olmalıdır, tələbələrə nümunə olmalıdır. Yalnız tələbələrə hörmət edən insan onlara böyük təsir göstərməyə qadirdir. Adətən, müəllim dərsdə necə olursa, kənarda da elə olur. Uşaqlar qarşılarında sadəcə müəllim deyil, ilk növbədə, insan görürlər. Uşaqlar onlara qarşı laqeyd münasibəti bağışlamırlar. Müəllimin uğurlu fəaliyyətinin vacib şərtlərindən biri özünə qarşı tələbkarlıqdır, yoxsa özündə olmayan keyfiyyətləri başqasından tələb etmək olmaz", - müğənni əlavə edib.

Xəbər lenti

Xəbər lenti