...

Bakıda "siqaret çəkməyən" kafe və restoranların sayı artır

Mədəniyyət Materials 16 Dekabr 2010 11:53 (UTC +04:00)
Son vaxtlar Bakıda müştərilərə siqaret çəkməyin qadağan edildiyi kafe və restoranların, eləcə də internet klubların sayının artması müşahidə olunur. Bu barədə Trend Life-a Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının (ASKA) rəhbəri Nurlan Əliyev məlumat verib.
Bakıda "siqaret çəkməyən" kafe və restoranların sayı artır

Azərbaycan, Bakı, 16 dekabr / Trend Life, müxbir Z.Əhmədova/

Son vaxtlar Bakıda müştərilərə siqaret çəkməyin qadağan edildiyi kafe və restoranların, eləcə də internet klubların sayının artması müşahidə olunur. Bu barədə  Trend Life-a Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyasının (ASKA) rəhbəri Nurlan Əliyev məlumat verib.

"Siqaret çəkməklə mübarizə üzrə maarifləndirmə işi özünün ilk bəhrəsini verir. Administrasiyaların siqaret çəkməyin sağlamlıq üçün ziyanlı olduğunu anlayaraq, siqaret çəkməyi qadağan etdiyi əyləncə müəssisələrinin sayı artır", - Əliyev bildirib.

Onun sözlərinə görə, son iki ay ərzində Assosiasiyanın apardığı iş nəticəsində 15 kafe və restoranın administrasiyası müəssisədə siqaret çəkməyi qadağan edib.

Xəbər lenti

Xəbər lenti