...

"Qəlblərdə yaşayan Ryder" - "Klan-A-Plan" qrupunun mərhum üzvü bu şüarla anıldı (VİDEO-FOTOSESSİYA)

Mədəniyyət Materials 26 Yanvar 2011 17:28 (UTC +04:00)
AzərbaycanınpPopulyar "Klan-A-Plan" rep qrupu paytaxt klublarının birində qrupun mərhum uzvü, reper, bəstəkar, aranjimançı kimi yerli şou-biznesdə iz qoymuş Ryderin (Rufət) xatirə gecəsini keçirib. Gecədə mərhumun ruhuna ithaf olunmuş "Səninlə" adlı mahnıya çəkilən klip reperin dostlarına və KİV-ə təqdim edilib.
"Qəlblərdə yaşayan Ryder" - "Klan-A-Plan" qrupunun mərhum üzvü bu şüarla anıldı (VİDEO-FOTOSESSİYA)

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın populyar "Klan-A-Plan" rep qrupu paytaxt klublarının birində qrupun mərhum uzvü, reper, bəstəkar, aranjimançı kimi yerli şou-biznesdə iz qoymuş Ryderin (Rufət) xatirə gecəsini keçirib. Gecədə mərhumun ruhuna ithaf olunmuş "Səninlə" adlı mahnıya çəkilən klip reperin dostlarına və KİV-ə təqdim edilib.

Trend-in məlumatına görə, gecədə aparıcılıq missiyasını, tanınmış tele-aparıcı və son günlər özünü "Teoram" adıyla həm də müğənni kimi tanıdan Ramin İbrahimov olub. Mərhum Rüfətin atasi Məcid müəllim giriş sözü ilə qonaqları salamlayaraq oğluna verdikləri qiymətə görə, onlara təşəkkürünü bildirib.

Rüfət Əfəndiyev 17 oktyabr 2010-cu ildə, 26 yaşında vaxtsız vəfat edib. Ötən il oktyabrın 16-da axşam saatlarında özünə məxsus səsyazma studiyasına gedən reper birdən-birə özünü pis hiss edib. Bakıda yerləşən xəstəxanalardan birinə müraciət edib. Ona xəstəxanada qalaraq, müalicə almaq təklif edilsə də, Rüfət razılaşmayıb. Dostu ilə birgə Milli Parkda gəzməyə gedən gənc reper, evə qayıdarkən yolda keçinib.

Fotolar: Zaur Zaman və Natiq Zeynalovundur.

Xəbər lenti

Xəbər lenti