Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir T.Cəfərov/
"Azərbaycan və İran musiqiçilərinin qarşılıqlı əlaqələri" adlı kitab çap olunub.
Bakıda "Azərbaycan və İran musiqiçilərinin qarşılıqlı əlaqələri" adlı kitabın ikinci cildi çap olunub. Bu barədə Trend İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəsmi saytına istinadən məlumat verir.
Məlumata əsasən, 124 səhifəlik kitab Tofiq Bakıxanov və Həsən Cəbrayılov tərəfindən tərtib edilib. Kitab iki dost və qonşu xalqın qarşılıqlı mədəniyyət əlaqələri barəsindədir. Kitabda "Azərbaycan Respublikası və İran İslam Respublikası mədəni əlaqələrinin əsasını Heydər Əliyev qoymuşdur", " İranlı bir rəssamla görüş", " Yetmişinci illərdə Azərbaycan İran musiqiçilərinin əlaqələri", " Əbdülhəsən xanın təranələri", "On gün Tehranda" və s. məqalələr yer alıb.