...

"Brilliant Dadaşovaya imkan verən olsa, efirə lüt çıxar"

Mədəniyyət Materials 10 Mart 2011 13:02 (UTC +04:00)
Populyar Azərbaycan estrada müğənnisi, xalq artisti Brilliant Dadaşova "Simsar" jurnalını məhkəməyə verəcək. Buna səbəb jurnalın birinci sayında dərc olunan, usta Rəşidin onun haqqında dediyi sözlər olub. Bu barədə Trend adı məhkəmə salonlarında çəkiləcək jurnalın baş redaktoru İradə Nurəddinqızı məlumat verdi.
"Brilliant Dadaşovaya imkan verən olsa, efirə lüt çıxar"

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir Ş.Cavadsoy/

Populyar Azərbaycan estrada müğənnisi, xalq artisti Brilliant Dadaşova "Simsar" jurnalını məhkəməyə verəcək. Buna səbəb jurnalın birinci sayında dərc olunan, usta Rəşidin onun haqqında dediyi sözlər olub. Bu barədə Trendə adı məhkəmə salonlarında çəkiləcək jurnalın baş redaktoru İradə Nurəddinqızı məlumat verdi.

"Müğənninin özünü Nigar kimi təqdim edən köməkçisi mənə zəng edərək dedi ki, Brilliant xanım haqqında yazdıqlarınız məhkəməlik sözlərdir. Biz sizi məhkəməyə verə bilərik. Mən o xanıma dediyim sözləri sizinlə bölüşmək istəyirəm. Musiqi alətləri düzəldən usta Rəşidin "Simsar" jurnalında şou-bizneslə bağlı yer alan fikirlərini olduğu kimi dərc etmişdik: "Brilliant Dadaşovaya imkan verən olsa, efirə lüt çıxar. Olmaz axı, ona bütün yaş təbəqələrinin nümayəndələri baxır". Jurnalın "Sadə peşə" rubrikasının qonağı olan Rəşid Rəcəboğlu bu mövzudakı fikirlərini "Şou-biznes dediyiniz əslində qaraçı biznesidir" ifadəsi ilə tamamlamışdı", - İradə Nurəddinqızı dedi.

Əldə etdiyimiz məlumata görə, sözügedən jurnalın Novruz bayramına həsr olunmuş buraxılışında Brilliant xanım "Bahar qızı" imicində "Simsar"ın üzqabığına çəkilməli idi. O, son məqamda çəkilişdən imtina edib.

Xəbər lenti

Xəbər lenti