...

Nazpəri Dostəliyeva Flora Kərimova ilə münasibətlərindən danışdı

Mədəniyyət Materials 11 Oktyabr 2011 19:44 (UTC +04:00)
Sənətə gəldiyi gündən Azərbaycanın xalq astisti, tanınmış estrada müğənnisi Flora Kərimovadan dəstək alan xalq artisti, estrada, eləcə də xalq mahnılarının mahir ifaçısı Nazpəri Dostəliyeva sənət və sənətkara verilən qiymətdən danışdı.
Nazpəri Dostəliyeva Flora Kərimova ilə münasibətlərindən danışdı

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

Sənətə gəldiyi gündən Azərbaycanın xalq astisti, tanınmış estrada müğənnisi Flora Kərimovadan dəstək alan xalq artisti, estrada, eləcə də xalq mahnılarının mahir ifaçısı Nazpəri Dostəliyeva sənət və sənətkara verilən qiymətdən danışdı.

Trend-ə açıqlamasında Flora xanımın timsalında sənətkarların qorunması üçün hansı addımların atılmasının vacibliyini çözələyən müğənni, fikirlərini belə izah etməyə çalışdı. "Sənətkarların qorunması üçün onlara ilk növbədə hörmət etmək lazımdır. Bunu hiss etdirib, sahib olduqları sənətlərini qiymətləndirmək önəmlidir. Böyük sənətkarlar haqqında yersiz söz-söhbətlər danışıb, barələrində yalan məlumatlar yaymamaq lazımdır. Elə sənətkarlar var ki, deyilən sözləri qulaqardına vurub səslənən fikirlərlə razılaşırlar. Amma Flora xanım özünün, ailəsinin ünvanına deyilən istənilən söz-söhbəti qəbul etmir. Çünki ilk növbədə o, şəxsiyyətini qoruyan bir xanımdır. Böyük sənətkarın çox yaşaması üçün xalqın sevgisi ilə əhatə olunmaq da vacibdir. Əgər dediklərimin hamısı eynilik təşkil edirsə, bütün sənət insanları daha uzun ömür yaşayıb, yaradıcılığında yeniliklər etməkdə əsla həvəsdən düşməz", - Nazpəri Dostəliyeva dedi.

Söhbətimiz zamanı Nazpəri xanım Flora Kərimova sənətinin vurğunu olduğundan da məmnunluqla danışdı. "Flora xanımın sənəti nəinki mənim, onu sevən pərəstişkarları üçün sehrli dünyadır. Onun böyük sənəti qarşısında baş əyməmək mümkün deyil. Allah səsinə qüvvət versin, daim yaradıb-yaşatsın" - Dostəliyeva əlavə etdi.

"Bəs, sənətkar kimi özünüzə verilən qiymətdən razısınızmı" sualımıza da Nazpəri xanımdan gözlədiyimiz cavabı aldıq. "Əlbəttə razıyam. İstər dövlətimiz, istər də sənətimə qiymət verməyi bacaran pərəstişkarlarım tərəfindən hörmət və ehtiram görmüşəm. Bu səbəbdən də fəxr edirəm. Ümumiyyətlə, sənət adamları öz həyatlarını elə yaşamalıdırlar ki, peşmançılıq hissi onlara yaxın gəlməsin. Fikrimcə, insan müsbət və mənfi cəhətlərini özündə görməyi bacarmalıdır. Yaxşını-pisi özündə axtarmalıdır. Xoxbəxtəm ki, həyatdan zövq almağı bacaran insanlardanam", - Nazpəri xanım fikirlərini belə tamamladı.

Xəbər lenti

Xəbər lenti