...

Ulvira Qarayeva toyunda öncə bəyin yerində oturdu, aparıcılıq etdi, daha sonra… (FOTO)

Mədəniyyət Materials 31 Oktyabr 2011 15:17 (UTC +04:00)
Azərbaycan teleməkanında komplekssiz aparıcı kimi tanınan Ulvira Qarayeva meyxanaçı Tərlan Dağlı ilə birlikdə çoxdan gözlənilən toyunu çaldırıb qohumlarının, dost-tanışlarının əhatəsində fərqli bir məclis təşkil etdi.
Ulvira Qarayeva toyunda öncə bəyin yerində oturdu, aparıcılıq etdi, daha sonra… (FOTO)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycan teleməkanında komplekssiz aparıcı kimi tanınan Ulvira Qarayeva meyxanaçı Tərlan Dağlı ilə birlikdə çoxdan gözlənilən toyunu çaldırıb qohumlarının, dost-tanışlarının əhatəsində fərqli bir məclis təşkil etdi. İkinci dəfə ağ gəlinlik geyinəyəcəyini heç kimdən gizlətməyən Ulvira sözünə sadiq qaldı.

Ağ mələklərin əhatəsində restorana təşrif buyuran cütlük şərbətdən dadıb, onlar üçün ayrılan bəy-gəlin masasında əyləşdilər. Həyəcandan bəyin yerində əyləşən teleaparıcı dərhal səhvini düzəltdi. Sözsüz ki, həmin məqam Trend-in fotokamerasının obyektivindən yayınmadı.

Şən ab-havada keçən toyu daha maraqlı etməkdən ötrü Ulvira və Tərlan mikrofonu götürüb aparıcılıq etməkdən də çəkinmədilər. Amma hamını bir sual maraqlandırırdı. Görəsən, həftə içi 5 gün ANS TV-də "Toy olsun" evlilik-şousunda birgə aparıcılıq etdiyi Elgiz Əkbər nə səbəbdən toy gəlməmişdi? Cavab özünü çox gözlətmədi. Müğənnilik fəaliyyəti ilə məşğul olan Elgiz başqa toy məclislərində xüsusi proqramla çıxış etdiyi üçün yaxın dostlarının ən xoş gününə bir az gec qatılmışdı. Elgiz Əkbərin gəlişi gec olsa da, yaratdığı şou ilə toyu canlandırması elə çətin olmadı. Gecənin daha bir sürprizini yenə də səbəbkarların özləri etdi. "Sevdim inandım" mahnısını duet kimi səsləndirən Ulvira və Tərlan yetərincə alqışla mükfatlandırıldılar.

Estrada müğənniləri Günel Ələkbərova, Aslan Hüseynov, Sevda Kazımova, Rahidə Baxış, prodüser-müğənni Sultan Mustafayev, Cavanşir və Mehrim dueti, "Black DJ" qrupu, rəqqasə Fatimə Fətəliyeva, stilst Balaş, teleaparıcılar Rövşanə Bektaşi, Afaq Vasifqızı və başqalarının iştirak etdiyi məclis gecə saatlarına qədər davam etdi. "Toy olsun" layihəsində öz yarlarını tapan cütlüklər yorulana qədər rəqs edib, xoşbəxt olan gəlin və bəyə öz arzularını ünvanladılar.

Sonda qonaqlar Ulvira və Tərlanın sağ əli Elgizin başına olsun deyib, teleaparıcıya tezliklə bəylik kürsüsündə əyləşməsini məsləhət gördülər. Gecə yarasına qədər davam edən məclisdən sonra cütlüyün haraya getdiyini bilmək istəyənlər Trend-in xəbərlərini izləməyə davam etsinlər.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti