Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir E.Mehdiyev/
San Marinonun "Eurovision 2012" təmsilçisi seçilib.
Trend-in "esctoday.com" saytına istinadən verdiyi məlumatına görə, San Marinonun milli yayımçısı "SMTV" bu gün mətbuat konfransında ölkəni "Eurovision 2012" mahnı müsabiqəsində Valentina Monettanın təmsil edəcəyini bəyan edib.
Əslən San Marinodan olan Valentinanın caz musiqisinə böyük marağı var. San Marinonun müsabiqə üçün mahnısı və videoklipi cümə günü təqdim olunacaq.