...

Ukraynanın "Eurovision 2012" təmsilçisi Bakını tanımaq, təbiəti və gözəlliyindən zövq almaq istəyir

Mədəniyyət Materials 27 Mart 2012 19:48 (UTC +04:00)
Bakıda hərarətli bir şouya hazırlaşan Ukraynanın "Eurovision 2012" təmsilçisi Qaytana (Gaitana) komandası ilə birlikdə Bakıda qalacağı yeri artıq müəyyənləşdirib.
Ukraynanın "Eurovision 2012" təmsilçisi Bakını tanımaq, təbiəti və gözəlliyindən zövq almaq istəyir

Azərbaycan, Bakı, 27 mart /Trend/

Bakıda hərarətli bir şouya hazırlaşan Ukraynanın "Eurovision 2012" təmsilçisi Qaytana (Gaitana) komandası ilə birlikdə Bakıda qalacağı yeri artıq müəyyənləşdirib.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, Qaytana Xəzər dənizi sahilindəki hotellərin birində qalmağa qərar verib.

"Bu hotel yerləşdiyi məkan və gözəlliyi ilə ürəyimi fəth etdi. Biz "Eurovision 2012" çərçivəsində gerçəkləşdiriləcək bütün tədbirlərdə fəal iştirak etmək istəyirik. Bu hotelin üstün cəhətlərindən biri də şounun keçiriləcəyi "Bakı Kristal Zalı"na yaxın olmasıdır. Mənim üçün vacib cəhətlərdən biri də onun Xəzər dənizinin sahilində yerləşməsidir. Hər səhər yuxudan ayılıb dənizi seyr etmək fürsətinə sahib olmaq gözəl hissdir. Heç vaxt Bakıda olmamışam. Ona görə də bu şəhəri tanımaq və hiss etmək istəyirəm. Gərgin iş qrafikinə baxmayaraq, Bakının gözəlliyi, təbiəti və memarlığından zövq ala biləcəyəm", - Ukrayna təmsilçisi bildirib.

Qaytana artıq müsabiqədəki "Be My Guest" mahnısının rəsmi videosunun çəkilişinə hazırlaşır. Peşəkar çəkiliş qrupu rejissorlar Semyon Qorov və Kadim Tarasovun rəhbərliyi ilə işləyəcək. Klipdə Qaytana üçün xüsusi eksklüziv səhnə obrazı düşünülüb. Bu həftədən etibarən yaradıcı heyət çəkilişlərə start verəcək. Klipdə xalqlar və mədəniyyətlərin müxtəlifliyi, fərqli obrazlar parlaq boyalar və işıqlı kadrlarla ekrana gətiriləcək.

Xəbər lenti

Xəbər lenti