...

Səbinə Babayeva Amsterdamda "Eurovision in Consert"də iştirak edəcək

Mədəniyyət Materials 31 Mart 2012 11:04 (UTC +04:00)
Aprelin 21-də Amsterdamda keçiriləcək "Eurovision in Consert"də Azərbaycanın builki təmsilçisi Səbinə Babayeva çıxış edəcək
Səbinə Babayeva Amsterdamda "Eurovision in Consert"də iştirak edəcək

Azərbaycan, Bakı, 31 mart /Trend/

Aprelin 21-də Amsterdamda keçiriləcək "Eurovision in Consert"də Azərbaycanın builki təmsilçisi Səbinə Babayeva çıxış edəcək. Trend-in Eurovision.az saytına istinadən verdiyi məlumata görə, hər il ənənəvi olaraq müsabiqə öncəsi keçirilən bu konsertə müxtəlif sayda təmsilçilər qatılır. Səbinə Babayeva ilə birgə sözügedən konsertdə 24 ölkə təmsilçisinin iştirak edəcəyi gözlənilir. Təmsilçimiz Amsterdam səhnəsində "When The Music Dies" mahnısını səsləndirəcək.

Xatırladaq ki, Amsterdam layihəsi iki hissədən ibarətdir - yanlız pressa üçün olan proqram və ifaçıların konserti.

Xəbər lenti

Xəbər lenti