...

Maltanın "Eurovision 2012" təmsilçisi küçədə çıxış edəcək

Mədəniyyət Materials 3 Aprel 2012 18:43 (UTC +04:00)
Maltanın "Eurovision 2012" təmsilçisi Kurt Kalleya (Kurt Calleja) müsabiqəyə əzmlə hazırlaşır.
Maltanın "Eurovision 2012" təmsilçisi küçədə çıxış edəcək

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Maltanın "Eurovision 2012" təmsilçisi Kurt Kalleya (Kurt Calleja) müsabiqəyə əzmlə hazırlaşır.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, bu ay Kurt Amsterdama səfər edəcək. Bundan öncə isə Malta təmsilçisi aprelin 14-də paytaxt Vallettada pərəstişkarları ilə görüşəcək.

Təmsilçi paytaxtda açıq havada öz komandası ilə birgə çıxış edəcək.

Qeyd edək ki, Kurt Kalleya Bakıda "This is the night" adlı mahnını oxuyacaq. Onun çıxışı ikinci yarımfinalda olacaq.

Xəbər lenti

Xəbər lenti