...

Alen Delon aritmiya səbəbindən xəstəxanaya yerləşdirilib

Mədəniyyət Materials 4 Aprel 2012 17:46 (UTC +04:00)
Ürək ritminin pozulmasına görə xəstəxanaya yerləşdirilən məşhur fransız aktyoru Alen Delon əməliyyat olunub.
Alen Delon aritmiya səbəbindən xəstəxanaya yerləşdirilib

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Ürək ritminin pozulmasına görə xəstəxanaya yerləşdirilən məşhur fransız aktyoru Alen Delon əməliyyat olunub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ulduzların və tanınmış adamların həyatından xəbərlər verməkdə ixtisaslaşan "Purepeople" saytı xəbər verib.

Nəşrin məlumatına görə, çərşənbə axşamı Alen Delon Paris yaxınlığındakı Nyoi-sür-Sen qəsəbəsində yerləşən Amerika hospitalında yerləşdirilib. 76 yaşlı aktyorun xəstəxanaya yerləşdirilməsinə səbəb ürək aritmiyası olub.

Aktyor çərşənbə günü səhər əməliyyat olunub. Əməliyyat çox yaxşı keçib. Saytın yazdığına görə, Delonun iki gün ərzində xəstəxananı tərk edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti