...

Səbinə Babayeva Macarıstan tamaşaçıları üçün "When the Music Dies" mahnısını ifa edəcək

Mədəniyyət Materials 6 Aprel 2012 17:37 (UTC +04:00)
Aprelin 6-7-də Azərbaycanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayeva Avropa promo-turu çərçivəsində Budapeştə səfər edəcək.
Səbinə Babayeva Macarıstan tamaşaçıları üçün "When the Music Dies" mahnısını ifa edəcək

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir E.Mehdiyev/

Aprelin 6-7-də Azərbaycanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi Səbinə Babayeva Avropa promo-turu çərçivəsində Budapeştə səfər edəcək.

Səfər çərçivəsində Babayeva Macarstanın "m2", "Duna TV" və "Duna World" kimi televizya kanallarında müxtəlif şou proqramlarda iştirak edəcək. Bu barədə Trend Səbinə Babayevanın rəsmi saytına istinadən xəbər verir.

Bu gün Babayeva "Duna TV" televiya kanalında "Kívánságkosár" məşhur canlı musiqi şousunda iştirak edəcək və "When the Music Dies" mahnısını ifa edəcək.

Şoudan öncə Babayeva xüsusi səhnəarxası qonaq qismində "Marslakók" verilişində iştirak edəcək.

Bu gün axşam isə Babayeva Macarıstanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi "Compact Disco" qrupunun üzvləri ilə görüşəcək.

Həmçinin, müğənni MR2 radiosu və bir sıra yerli jurnalistlərin suallarını cavablandıracaq.

Bundan sonra Babayeva "Eurovision 2011"-in qalibləri Eldar və Nigar, Bakı Musiqi Akademiyasının Gənc Kamera Orkestri və Azərbaycan Dövlət Filarmoniyasının rəqqasları və musiqiçiləri ilə birgə Azərbaycan Mədəniyyət Gecəsində çıxış edəcək.

Aprelin 7-də Babayeva "m1" və "m2" milli televizya kanallarında, həmçinin "Duna World" beynəlxalq televiziya kanalında yayımlanan "Ma reggel" səhər tok şousunda iştirak edəcək. Şou zamanı Babayeva Macarıstan tamaşaçıları üçün "When the Music Dies" mahnısını ifa edəcək.

Bütün bu işlər tamamlanandan sonra Babayeva Dunay çayında qayıq ilə gəzintiyə çıxacaq.

Xəbər lenti

Xəbər lenti