...

Böyük Britaniyanın "Eurovision 2012" mahnısı mayın 6-dan satışda olacaq

Mədəniyyət Materials 7 Aprel 2012 14:39 (UTC +04:00)
Mayın 6-dan etibarən dinləyicilər Engelbert Hamperdinkin "Love Will Set You Free" adlı "Eurovision 2012" mahnısı satışa çıxarılacaq.
Böyük Britaniyanın "Eurovision 2012" mahnısı mayın 6-dan satışda olacaq

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Mayın 6-dan etibarən dinləyicilər Engelbert Hamperdinkin "Love Will Set You Free" adlı "Eurovision 2012" mahnısı satışa çıxarılacaq.

Trend eurovision.az saytına istinadən xəbər verir ki, Böyük Britaniya müsabiqə tarixində ilk dəfə olaraq "Eurovision" mahnısını da böyük şoudan əvvəl internet vasitəsilə yükləməyə imkan yaradır.

Qeyd edək ki, adətən ölkənin müsabiqə mahnısı "Eurovision" şousundan 1 həftə əvvəl sadəcə satışa çıxarılırdı. Mahnı aprelin 9-dan etibarən isə BBC Radio 2 dalğalarında mütəmadi olaraq səsləndiriləcək.

Xəbər lenti

Xəbər lenti