...

Xorvatiyanın "Eurovision 2012" təmsilçisi karyerasında yeni addımı Bakıda atacaq

Mədəniyyət Materials 10 Aprel 2012 17:40 (UTC +04:00)
Bakıda keçiriləcək "Eurovision 2012" müsabiqəsi mənim karyeramda yeni bir addım və ruhlandırma olacaq.
Xorvatiyanın "Eurovision 2012" təmsilçisi karyerasında yeni addımı Bakıda atacaq

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir M.Əliyev/

Bakıda keçiriləcək "Eurovision 2012" müsabiqəsi mənim karyeramda yeni bir addım və ruhlandırma olacaq. Bu barədə Trend-ə "Eurovision 2012" mahnı müsabiqəsinin Xorvatiyadan olan təmsilçisi Nina Badriç bildirib.

O ümid edir ki, ölkəsi onunla fəxr edəcək. Hələ ki öz sərgiləyəcəyi performansının təfsilatları barədə düşünmədiyini deyən Nina bildirib ki, mahnı onun üçün ən vacibidir. "Musiqi mənim gücümdür və yalnız musiqi mənə səhnədə ən böyük dəstək verir", - o deyib.

Nina Azərbaycanda, Bakıda nə baş verəcəyinin onun üçün çox maraqlı olduğunu vurğulayıb. "Hər kəs mənə deyir ki, "Eurovision" mahnı müsabiqəsi çox böyük bir musiqi tədbiridir. Mən bütün dünyadan böyük musiqiçilərlə görüşməyi səbirsizliklə gözləyirəm", - o deyib.

Xorvat müğənni heç vaxt Bakıda olmadığını da bildirib. "Lakin mən eşitmişəm ki, Bakı çox gözəl bir şəhərdir və mən bu şəhəri, onun sakinlərini görməyi səbirsizliklə gözləyirəm", - o əlavə edib.

Mahnı müsabiqəsində qalib olmayacağı təqdirdə ölkəsində tənqidlərə məruz qalacağı ehtimalını cavablandıran Nina deyib ki, pozitiv olmaq və hər şeyin ən yaxşısına ümid etmək lazımdır.

Xəbər lenti

Xəbər lenti