...

Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr edilmiş filmin təqdimatı olacaq (FOTO)

Mədəniyyət Materials 16 Noyabr 2012 19:09 (UTC +04:00)
Dekabrın əvvəlində Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr edilmiş "Sübhün səfiri" adlı tammetrajlı bədii filmin təqdimatı olacaq. Bu barədə Trend-ə filmin quruluşçu rejissoru, Azərbaycanın xalq artisti Ramiz Həsənoğlu bildirib.
Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr edilmiş filmin təqdimatı olacaq (FOTO)

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir V.İmanov/

Dekabrın əvvəlində Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr edilmiş "Sübhün səfiri" adlı tammetrajlı bədii filmin təqdimatı olacaq. Bu barədə Trend-ə filmin quruluşçu rejissoru, Azərbaycanın xalq artisti Ramiz Həsənoğlu bildirib.

"Sübhün səfiri" filmi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilib.

Filmin ssenari müəllifi Anar Rzayev, operatoru Kənan Məmmədov, bəstəkarı Cavanşir Quliyev, rəssamı Rafiz İsmayılov, icraçı prodüseri Adil Qulamovdur.

Filmin çəkilişləri Bakıda, Axundzadənin doğulduğu Şəkidə, habelə Tbilisi və İstanbul şəhərlərində aparılıb. Filmdə təqribən 90 aktyor rol alıb. Axundzadənin uşaqlıq illərini 11 yaşlı Tofiq Əliyev, gənclik illərini Nicat Həbibov, yaşlı Axundzadəni isə xalq artisti Rasim Balayev canlandırır.

"Sübhün səfiri" filmində, həmçinin xalq artistləri - Fəxrəddin Manafov (Bakıxanov), Ramiz Əzizbəyli (tacir) və Rafiq Əliyev, əməkdar artistlər - Məmmədsəfa Qasımov (Həsən bəy Zərdabi), Məlahət Abbasova (Axundzadənin həyat yoldaşı Tubu xanım) çəkiliblər. Habelə, filmdə Rus Dram Teatrının aktyorları - xalq artistlərii Aleksandr Şarovski və Məbud Məhərrəmov, Yuri Baliyev, Oleq Əmirbəyov (Lermontov) və başqaları rol alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti