...

“Heydər Əliyevin İçərişəhərin qorunmasında rolu” mövzusunda konfrans keçirilib

Mədəniyyət Materials 17 Aprel 2013 12:13 (UTC +04:00)
Aprel 17-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Azərbaycan Memarlar İttifaqı ilə birlikdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş "Heydər Əliyevin İçərişəhərin qorunmasında rolu" mövzusunda konfrans keçirilib.
“Heydər Əliyevin İçərişəhərin qorunmasında rolu” mövzusunda konfrans keçirilib

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Aprel 17-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Azərbaycan Memarlar İttifaqı ilə birlikdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş "Heydər Əliyevin İçərişəhərin qorunmasında rolu" mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransda "İçərişəhər" Ağsaqqallar Şurasının üzvləri, Memarlar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyinin, "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət, Arxeologiya və Etnoqrafiya institutlarının əməkdaşları, media nümayəndələri və idarənin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan idarə rəisi Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin tarixi abidələrə olan xüsusi məhəbbətini vurğulayıb və dəfələrlə məhv olmaq təhlükəsi ilə üzləşən İçərişəhərin qorunması, eləcə də bərpası və təbliği istiqamətindəki xidmətlərindən bəhs edib.

Tədbirdə daha sonra Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbəy Qasımzadə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Eldar Pirimov, "İçərişəhər " Ağsaqqallar Şurasının üzvü Səadət Qəndilova və Nazirlər Kabineti Humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqov ulu öndərimiz haqqında xatirələrini bölüşmüş və məruzə ilə çıxış etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti