...

Mədəniyyətlərarası və Dinlərarası Dialoqun qurulması mövzusunda beynəlxalq toplantı keçiriləcək

Mədəniyyət Materials 3 İyul 2013 11:14 (UTC +04:00)
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə sentyabr ayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi və dünyanın bir sıra ən nüfuzlu qurumları olan Roma Klubu, Madrid Klubu, Dünya Elm və Mədəniyyət Akademiyası, Xarici Əlaqələr Şurası, Çatman Evi, Rokfeller Fondu, İsgəndəriyyə Kitabxanası, Konqres Kitabxanası, Sülh və Mədəniyyət Fondu, Jon Hopkins Universiteti, Stanford Universiteti nümayəndələrinin iştirakı ilə toplantı keçiriləcək.
Mədəniyyətlərarası və Dinlərarası Dialoqun qurulması mövzusunda beynəlxalq toplantı keçiriləcək

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə sentyabr ayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi və dünyanın bir sıra ən nüfuzlu qurumları olan Roma Klubu, Madrid Klubu, Dünya Elm və Mədəniyyət Akademiyası, Xarici Əlaqələr Şurası, Çatman Evi, Rokfeller Fondu, İsgəndəriyyə Kitabxanası, Konqres Kitabxanası, Sülh və Mədəniyyət Fondu, Jon Hopkins Universiteti, Stanford Universiteti nümayəndələrinin iştirakı ilə toplantı keçiriləcək.

Trend-in Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşün keçirilməsində məqsəd dünyada böyük ehtiyac duyulan Mədəniyyətlərarası və Dinlərarası Dialoqun qurulması üçün yeni bir hərəkatın başlanmasına təkan verən birgə fəaliyyət mexanizminin qurulmasıdır.

Bu toplantı YUNESKO-nun sabiq Baş direktoru Federiko Mayor Saraqosa, Finlandiyanın sabiq prezidenti Tarya Halonen, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Seragəldin və Latviyanın sabiq prezidenti Vayra Vike-Frayerberganın moderatorluğu ilə keçiriləcək.

Toplantıda o cümlədən Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, səfir Valter Füst kimi nüfuzlu ekspertlərin də iştirakı planlaşdırılır.

Bu layihə ilə əlaqədar iyul ayında BMT Baş Katibin xüsusi müşaviri xanım Nafis Sadikin rəhbərliyi ilə xüsusi toplantı baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti