Azərbaycan, Bakı, 8 yanvar /Trend/
İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldinin təşəbbüsü və rəhbərliyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Nizami Gəncəvi irsi üzrə dünyanın ən tanınmış araşdırmaçıları ilə birgə N.Gəncəvinin "Xəmsə"sinə daxil olan əsərlərin müxtəlif dillərdə tədqiqatını nəşr edəcək.
Mərkəzdən Trend-ə verilən məlumata görə, məqsəd Şərq mədəniyyətinin dahisi olan N.Gəncəvinin dünyada tanıtdırılması və yaradıcılığının kökündə duran dəyərlərin təbliğ olunmasıdır.
Bununla bağlı artıq Hindistan, ABŞ, Misir, Böyük Britaniya və Fransada mövcud arxivlərin araşdırılmasına başlanılıb.
Həmçinin,İsgəndəriyyə Kitabxanasının dəstəyi ilə N.Gəncəvi irsinə aid olan ədəbiyyatların kataloqlaşdırılması reallaşdırılacaq.