...

Azərbaycan musiqi elminin tarixi ilk dəfə təqdim edilib

Mədəniyyət Materials 14 Yanvar 2014 16:55 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun apardığı tədqiqat sayəsində ilk dəfə olaraq Azərbaycan musiqi elminin tarixi oxuculara təqdim olunub.
Azərbaycan musiqi elminin tarixi ilk dəfə təqdim edilib

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun apardığı tədqiqat sayəsində ilk dəfə olaraq Azərbaycan musiqi elminin tarixi oxuculara təqdim olunub.

İnstitutdan Trend-ə verilən məlumata görə, "Azərbaycanın musiqi elmi (XIII-XX)" adlanan kitabda XIII-XX əsrlər musiqi-estetik fikrinin əsas problem, ideya və konsepsiyaları, onun inkişaf mərhələləri araşdırılıb. Burada Azərbaycan musiqi elminin görkəmli numayəndələrinin risalələri və əsərləri təhlil edilib, onların zəngin nəzəri irsinə elmi qiymət verilib. Monoqrafiyada Səfiyəddin Urməvinin (XIII əsr), Əbdülqadir Marağayinin (XIV-XV əsrlər), Mir Möhsün Nəvvabın (XIX əsr), Üzeyir Hacıbəylinin və digər alimlərin elmi irsi təhlil və tədqiq edilir.

Monoqrafiyada Azərbaycan musiqisinin, elminin 7-8 əsrlik geniş panoramı oxuculara təqdim edilir. Kitabda həm də Qarabağ muğam məktəbinin ustadı Cabbar Qaryağdıoğlunun həyat və yaradıcılığı, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin musiqi-estetik konsepsiyası araşdırılır.

Tədqiqat nəticəsində bu qənaətə gəlinib ki, orta əsr musiqi risalələrdən başlayaraq, dahi bəstəkar Üzeyir Hacıbəylinin "Azərbaycan xalq musiqisinin əsasları" fundamental əsəri daxil olmaqla, musiqi-nəzəri fikrimiz varislik prinsipi saxlamaqla inkişaf edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti