...

Azərbaycan və Misir arasında mədəniyyət sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub

Mədəniyyət Materials 4 Sentyabr 2014 16:32 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində Turizm şöbəsinin müdiri Aydın İsmiyevlə Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Heysam Cəlal arasında görüş keçirilib.
Azərbaycan və Misir arasında mədəniyyət sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində Turizm şöbəsinin müdiri Aydın İsmiyevlə Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Heysam Cəlal arasında görüş keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı cari ilin 24-28 avqust tarixlərində Misirdə səfərdə olmuş nazirliyin nümayəndə heyətinin səfərlə bağlı təəssüratları, təklifləri və gələcək perspektivlər barədə müzakirə aparılıb.

A.İsmiyev qeyd edib ki, Misirə səfər çərçivəsində Azərbaycan və Misir Ərəb Respublikası arasında turizm əlaqələrinin genişləndirilməsi və Misirin turizm şəhərlərində görülən işlərlə və turizm obyektləri ilə yerində tanış olmaq məqsədilə ikitərəfli görüşlər keçirilib.

H.Cəlal isə öz növbəsində, gələcək işlərdə birgə fəaliyyətin göstərilməsi məqsədilə turizm sahəsində bütün layihə və təkliflərə səfirlik tərəfindən dəstəyə hər zaman hazır olduqlarını bildirib. Sonda müvəqqəti işlər vəkilinin istəyi ilə Misirin kütləvi informasiya vasitələrində Azərbaycan turizm potensialını nümayiş etdirmək üçün videoçarx diplomata təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti