Azərbaycan, Bakı, 10 sentyabr /Trend/
Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə Argentinanın mədəniyyət naziri Teresa Parodi ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə tərəflər arasında hər iki ölkənin dünya mədəniyyəti və incəsənətinə verdiyi töhfələr barədə fikir mübadiləsi aparılıb.
Səfir M.Əhmədzadə ölkəmizin zəngin mədəni irsi, mədəniyyət sahəsində dövlət siyasəti, Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində aparılan işlər barədə məlumat verib.
Görüşdə, habelə Azərbaycan və Argentina arasında mədəniyyət sahəsində əməkdaşlıq, qarşılıqlı səfərlərin, proqramların və tədbirlərin təşkili məsələləri də müzakirə olunub.