...

Azərbaycanda ilk dəfə İnquşetiya Mədəniyyət Günləri keçiriləcək

Mədəniyyət Materials 1 Dekabr 2014 17:02 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq İnquşetiya Respublikasının Mədəniyyət Günləri keçiriləcək.
Azərbaycanda ilk dəfə İnquşetiya Mədəniyyət Günləri keçiriləcək

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

1-4 dekabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq İnquşetiya Respublikasının Mədəniyyət Günləri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində dekabrın 2-də saat 17:00-da "1969" Qalereyasında "İnquşetiya: tarix və müasirlik" adlı dekorativ-tətbiqi sənət sərgisinin nümayişi, saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında, dekabrın 3-də isə Mərdəkan Mədəniyyət Sarayında İnquşetiya incəsənət ustalarının iştirakı ilə konsertlər keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti