...

Daxili turizmin təbliği ölkəmizə turizm məkanı kimi marağı artırır

Mədəniyyət Materials 19 Dekabr 2014 17:02 (UTC +04:00)
Turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, ölkəmizdə turizmin müasir tələblərə uyğun şəkildə təşkili, xidmət keyfiyyətinin artırılması, regionda eləcə də dünyada Azərbaycanın turizm məhsulunun rəqabət qabiliyyətinin yüksəldilməsi sahəsində məsuliyyətli bir qurum kimi Mədəniyyət və Turizm Nazirliyi davamlı olaraq bu istiqamətdə tədbirlər həyata keçirir.
Daxili turizmin təbliği ölkəmizə turizm məkanı kimi marağı artırır

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, ölkəmizdə turizmin müasir tələblərə uyğun şəkildə təşkili, xidmət keyfiyyətinin artırılması, regionda eləcə də dünyada Azərbaycanın turizm məhsulunun rəqabət qabiliyyətinin yüksəldilməsi sahəsində məsuliyyətli bir qurum kimi Mədəniyyət və Turizm Nazirliyi davamlı olaraq bu istiqamətdə tədbirlər həyata keçirir.

Trend-in məlumatına görə, aparılmış məqsədyönlü siyasət nəticəsində Azərbaycanın daxili turizm potensialı, ilk növbədə, bölgələrin əlverişli təbii-coğrafi mövqedə yerləşməsi, zəngin təbiəti və tarixi-mədəni irsi, son illərdə ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, mehmanxanaların inşası, yol-nəqliyyat və digər infrastrukturun yaradılması xarici turistlərin, eləcə dəyerli turistlərin ölkəmizə marağını artırmışdır.
Həyata keçirilən quruculuq siyasətinin davamı olaraq dövr ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən daxili turizmin təbliği və təşviqi,eləcə də ölkə əhalisinin turizmə marağının artırılması, onlara turizm vərdişlərinin aşılanması, gənc nəslin bölgələrimizi daha yaxşı tanıması və vətənpərvərlik ruhunda böyüməsi məqsədilə müxtəlif istiqamətlərdə işlər görülmüşdür.

Bu cür tədbirlərdən biri kimi 2014-cü ilin avqust-sentyabr və noyabr aylarında ölkə başçısının təşəbbüsü ilə Azərbaycan Respublikasında yaşayan və təhsil alan 9-10-11-ci sinif şagirdlərinin maarifləndirilməsi üçün həyata keçirilmiş "Ölkəmizi tanıyaq" turlarını xüsusi olaraq qeyd etmək istərdik.

Turlarda Respublikamızın 65 şəhər və rayonlarından ümumilikdə 3 040 şagird iştirak etmişdir. Bu layihə ölkə ictimaiyyəti, xüsusilə də şagirdlər arasında böyük marağa səbəb olmuşdur. Keçirilən bu turlar ölkəmizin tarixi keçmişinin, müxtəlif bölgələrin təbiətini, adət və ənənələrinin əyani şəkildə öyrənilməsinə, gənc nəsillin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, eləcə də onlarda səyahət və turizm vərdişlərinin aşılanmasına öz müsbət töhfələrini vermişdir.

Daxili turizmin dəstəklənməsi və təbliğ edilməsi, respublikamızda fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin təklif etdiyi ölkədaxili, həmçinin yeni il tur paketlərinin əlverişli şərtlərlə şəhərimizin sakinlərinə və qonaqlarına təqdim olunması məqsədilə 2014-cü ilin 15 noyabr tarixində Bakı şəhərində yerləşən "Park Bulvar" ticarət mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşkilatçılığı ilə ilk dəfə olaraq birinci "Mövsüm Səyahət Yarmarkası" təşkil olunmuşdur.

Yarmarkada 15 turizm şirkəti və 10 mehmanxana öz xidmət və məhsullarını təklif etmişdilər. Tədbir zamanı turizm sənayesi nümayəndələri təxminən 5 000 nəfərə öz xidmət və məhsulları barədə məlumat vermişdilər.
Bölgələrdə yeni mədəni və digər tematik marşrutların yaradılması və təbliği istiqamətində aparılan işlərin davamı olaraq Azərbaycanın Qərb bölgəsində məskunlaşmış almanların qoyduğu izləri "Azərbaycanda alman yaşayış məskənləri", eləcə də "Qədim Qafqaz Albaniyasının tarixi izləri" mədəni turizm marşrutları vasitəsilə təşviq etmək, Azərbaycanın qərb bölgəsinin, həmçinin Gədəbəy rayonunun mövcud turizm potensialını tanıtmaq məqsədilə cari ilin 10-12 oktyabr tarixlərində "Azərbaycanda Alman məskənləri" və "Qədim Qafqaz Albaniyasının tarixi izləri" adlı mədəni turizm marşrutları üzrə turizm şirkətlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə bölgəyə infotur keçirilmişdir.

2014-cü ilin 20-21 may tarixlərində Azərbaycanda akkreditasiyadan keçmiş 28 ölkənin diplomatik nümayəndələrini Şimal (Quba-Qusar) marşrutu üzrə, həmçinin, 4-5 noyabr tarixlərində isə 27 ölkənin diplomatik nümayəndələrini Şimal-qərb (Şəki, Qəbələ, İsmayıllı) marşrutu üzrə ölkəmizin zəngin turizm potensialı və tarixi-memarlıq abidələri ilə tanış etmək məqsədilə infotur keçirilmişdir. Səfirlər və onların ailə üzvləri səfərlərə böyük maraq göstərmişdir.

Təşviqat xarakterli belə tədbirlərin keçirilməsi son zamanlar daxili turizmdə canlanma müşahidə olunmasına bariz nümunədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti