...

Azərbaycan 68-ci Beynəlxalq Kann kinofestivalında iştirak edəcək

Mədəniyyət Materials 20 Aprel 2015 16:12 (UTC +04:00)
13-24 may 2015-ci il tarixində 68-ci Beynəlxalq Kann Kinofestivalı keçiriləcək.
Azərbaycan 68-ci Beynəlxalq Kann kinofestivalında iştirak edəcək

Azərbaycan, Bakı, 20 aprel /Trend/

13-24 may 2015-ci il tarixində 68-ci Beynəlxalq Kann Kinofestivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizi festivalda bir qrup kino xadimindən ibarət heyət təmsil edəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dünyanın ən mötəbər kino tədbirində artıq beşinci dəfə Azərbaycan pavilyonu fəaliyyət göstərəcək. Milli filmlərimizin nümayiş olunacağı pavilyonda prodüserlər, rejissorlar, aktyorlar və digər xarici kino adamları ilə görüşlər keçiriləcək, birgə layihələr müzakirə olunacaq.

Azərbaycan pavilyonunda ölkəmizin turizm imkanlarını təbliğ edən və birinci Avropa Oyunları haqqında çap və video materiallar ziyarətçilərə nümayiş etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti