...

Müğənni Ayan Babakişiyevadan sənətində dönüş edəcək mahnı (FOTO/VIDEO)

Mədəniyyət Materials 8 Fevral 2016 12:57 (UTC +04:00)
Müğənni Ayan Babakişiyeva yeni mahnısını təqdim edib.
Müğənni Ayan Babakişiyevadan sənətində dönüş edəcək mahnı (FOTO/VIDEO)

Bakı. Trend:

Müğənni Ayan Babakişiyeva yeni mahnısını təqdim edib. Trend-in məlumatına görə, sözləri Baba Vəziroğluna, musiqisi Elçin İmanova, aranjimanı Emil Minşayevə məxsus olan mahnı "Çağır gələrəm" adlanır.

Tez-tez repertuar təzələyən Ayan bu mahnını sənətində dönüş adlandırıb: "Mahnı 2 il yarım öncə yazılıb. Sənətimdə dönüş edəcəyinə inanıram. Elçin İmanovdan bəstə ifa edən zaman, düşünürəm ki, bu mahnı sıradan deyil, sənətkarların qulaq asacağı mahnıdır. Elçin İmanov həm də müəllimimdir. Elə oxutdurur ki, mahnıya yanaşma, çalarlar hamısı yerində və gözəl olur. Mahnının sözlərini də çox bəynmişəm, dərin sözlərdir. Əslində şeirin adı "Sevgi ayrılıqdan güclüdür vallah" adlanır. Biz "Çağır gələrəm" adlandırdıq. Göründüyü kimi, o biri dünyada olsa belə, sevgi nə qədər güclüdür ki, ayrılıqdan, o dünyadan sevgisi üçün qayıdıb gəlir. İstəyərəm ki, hamı belə sevsin, bu yazılan sözlərdəki kimi sevsin. Repertuarımda ən sevdiyim mahnılramdan biri olacaq, çünki sənətkarlar işləyib. Eyni zamanda həyatında əsl sevgi yaşayanlar üçün gözəl bir ərməğan olacaq bu mahnı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti