...

Azərbaycan aktyorları Türkiyə kinematoqrafiyasını fəth edir (FOTO)

Mədəniyyət Materials 24 Fevral 2016 17:03 (UTC +04:00)
Aprelin 15-də Türkiyədə "Kızkaçıran" adlı yeni filmin premyerası olacaq.
Azərbaycan aktyorları Türkiyə kinematoqrafiyasını fəth edir (FOTO)

Bakı. Trend:

Aprelin 15-də Türkiyədə "Kızkaçıran" adlı yeni filmin premyerası olacaq.

Trend Türkiyə mətbuatına istinadən məlumat verir ki, bu filmdə azərbaycanlı aktyorlar da rol alıb - Könül Nağıyeva və Kamran Ağabalayev.

Filmin rejissoru və ssenari müaəllifi Gökhan Uğurdur.

Filmdə Emir Benderlioğlu, Aydan Burxan, Yüksel Unal, Barış Kiraloğlu, Erol Aksoy kimi məşhur türk aktyorları da iştirak edirlər.

Fimin maraqlı süjeti var - gəlinin toy günü qaçırılmasından bəhs olunur.

Qeyd edək ki, bu azərbaycanlı aktyorlar bundan öncə də Türkiyədə uğur qazanmış daha bir film - "Terkedilmiş"də işritak ediblər.

"Kızkaçıran" filminin Bakıda da təqdim olunacağı gözlənilir.

İnformasiya dəstəyi - Trend.az, Day.az və Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti