...

3 saylı musiqi məktəbinin müəllimləri Siyəzəndə ustad dərsləri keçib (FOTO)

Mədəniyyət Materials 15 Mart 2016 20:08 (UTC +04:00)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin müəllim və şagird kollektivi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Siyəzən şəhər uşaq incəsənət məktəbində olub.

Məktəbdə xor, fortepiano, nəzəriyyə və tar ixtisasları üzrə açıq dərslər keçirilib, müəllimlərə metodik köməklik göstərilib və şagirdlərin ifasında konsert proqramı təqdim edilib.

Tədbirin sonunda məktəbin direktoru Məhin Orucovaya Siyəzən şəhər uşaq incəsənət məktəbinin rəhbərliyi tərəfindən təşəkkürnamə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti