...

Müğənni Ayan: Əvvəl uşaq idim, indi ağıllanmışam (FOTO)

Mədəniyyət Materials 23 Noyabr 2016 10:00 (UTC +04:00)
Müğənni Ayan ürəyini açdı: “Hələ təzə başlamışam. Əvvəl uşaq idim, indi ağıllanmışam”
Müğənni Ayan: Əvvəl uşaq idim, indi ağıllanmışam (FOTO)

Bakı. Trend:

Müğənni Ayan ürəyini açdı: “Hələ təzə başlamışam. Əvvəl uşaq idim, indi ağıllanmışam”

Ayan Babakişiyeva bunları kimə xitabən dedi? Bu suala Xəzər TV-nin tamaşaçıları noyabrın 19-da efirə gedən “Oyan Azərbaycan” verilişində cavab tapıblar. İstanbulda yeni layihələrə başladığını deyən müğənni “Hələ təzə başlamışam, davam etsin, görərik” – dedi. Yeni “Məktub” mahnısını təqdim edən Ayan “Bunu Xumar Qədimova da oxuyub. Ancaq o zaman uşaq idim, mənasını dərk etmirdim, indi ağıllanmışam” – deyərək zarafat edib. Ayanın “Evdə gül əlindən özümə yer tapmıram” – fikri də diqqət çəkib. Aparıcı Füruzə Cəlilovanın “Kimdir o bəxtəvər?” – sualı isə cavabsız qalıb. Müğənni Elvin Abdullayevin məlahətli səsi, canlı ifa etdiyi mahnılar bu səhərə başqa rövnəq verib.

Nərmin Kərimbəyova ilə Kərim Abbasovun canlı ifası növbəti gün bazar səhərini bəzəyib. Lakin Kərim də atmacalarsız ötüşməyib. Aparıcının “Yeni planlar varmı?” - sualına “Deməyəcəyəm, inciməyin. Deyirəm konsert verəcəyəm, verə bilmirəm. Klip vəd edirəm, o da olmur” – cavabını verib.

Onlarla yaşanan əyləncəli dəqiqələr, maraqlı həmsöhbətlər, müxtəlif problemlərin həllinə dair reportajlar və verilən “SOS” siqnalları umidvarıq ki, hədəfinə çatıb. Heydər Rəsulzadənin cüzam xəstələri haqqında araşdırması böyük tamaşaçı rezonansına səbəb olub. Sən demə, cüzamlılar qaldıqları xəstəxananın yaxınlığında olan Umbakı qəsəbəsində tam sərbəst gəzirlər. Bu qorxulu infeksiya haqqında qəsəbə sakinləri niyə bilmirlər? Buna kim şərait yaradıb? Bütün bu suallara materialda ətraflı cavab tapılıb.

Lamiyə Əliyeva yenə də şəhərin müxtəlif yerlərində 3 açar gizlədib. Onları tapan fanatlar Xəyyam Nisanovla “Ulduzlu açar” rubrikasında görüşəcəklər.

Suraxanı rayon Məşğulluq İdarəsinin direktoru Sənan Məmmədzadə rayon üzrə yeni iş yerlərini əhaliyə təqdim edib. Bu arada qeyd edək ki, hər həftənin şənbə günü efirə bir rayonun məşğulluq xidmətinin rəhbəri gələrək, vakansiyalar haqqında məlumat verir. İş axtaran seyrçilərin sadəcə canlı efir zamanı 404 3115 şəhər nomrəsinə zəng vurmaları kifayətdir.

Qeyd edək ki, trend.az, day.az, milli.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın layihə rəhbəri Firuzə Cəlilova, baş redaktoru İlhamə Novruzovadır. Foto dəstəyi Bakupic Groupa aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8.00-11:00 radələrində efirə çıxır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti